Zəngilan rayon Ağalı kəndində fəaliyyət göstərən orta məktəbə müxtəlif kitablar hədiyyə olunub

Zəngilan rayon Ağalı kəndində fəaliyyət göstərən orta məktəbə müxtəlif kitablar hədiyyə olunub

December 29, 2022

Zəngilan rayon Ağalı kəndində fəaliyyət göstərən orta məktəbə müxtəlif kitablar hədiyyə olunub Layihə çərçivəsində keçmiş məcburi köçkün zəngilanlı alimlərin, “Böyük Qayıdış” MMC-nin və Ekoloji Təmiz Məhsul İstehsalçıları və İxracatçıları İctimai Birliyinin təşəbbüsü ilə Zəngilan rayon ağalı kəndində fəaliyyət göstərən məktəbin kitaxanasına 1000-dən çox elmi, tarixi və şəxsi inkişaf istiqamətli kitablar hədiyyə edilib. Layihənin davamlılığı mütəmadi olaraq təmin ediləcək. Layhinin keçirilməsində göstərdiyi dəstəyə görə Azərbaycan Respublikası Prezidentinin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonu üzrə xüsusi nümayəndəliyinə təşəkkür edirik. Qeyd edək ki, ötən ay tərəfimizdən Ağalı kəndində 150 meyvə ağacından ibarət “Məktəbli bağı” salınıb. Bu səfərimiz zamanı şagirdlərlə həmin bağa da baş çəkdik.

News image 1 News image 2