Tərəfimizdən növbəti layihə icra olundu.

Tərəfimizdən növbəti layihə icra olundu.

November 28, 2022

8 noyabr - Zəfər Günü Ekoloji Təmiz Məhsul İstehsalçıları və İxracatçıları İctimai Birliyi-nin təşkilatçılığı, Böyük Qayıdış MMC-nin maliyyə dəstəyi və Azərbaycan Respublikası Prezidentinin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonu üzrə xüsusi nümayəndəliyinin tərəfdaşlığı ilə növbəti layihə icra olundu. Layihə Zəngilan rayonu Ağalı kəndində yerləşən orta məktəbdə baş tutub. 30 il sonra, Zəngilana Böyük Qayıdış proqramı çərçivəsində köçürülən sakinlərin övladlarına fədakarlıq göstərərək dərs deyən müəllimlər də unudulmadı. Tərəfimizdən, xüsusi olaraq hər bir müəllim üçün hazırlanmış hədiyyələr təqdim edildi. Tərəfimizdən təşkil olunan bu layihə ilə bütün dünyaya, xüsusilə Zəngilana qonşu olan amma qonşuluq dəyərlərini tapdalayan dövlətlərə gözəl bir mesaj verdik. 30 il xaraba və viranə qoyulmuş bu məmləkəti hətta bizim öz balalarımız abad edir, yaşıllaşdırır, gözəlləşdirir, təbiətimizi bərpa edir. Çünki bura bizimdir, bura bizim doğma vətəndir! Biz ağac əkərək dünyanı gözəlləşdiririk. Siz isə bura bombalar atdınız, tikdiyimiz evləri bomba ataraq dağıtdınız, bəziləriniz isə daşını, mismarını söküb daşıdınız. Biz isə yenidən bu torpaqları yurd edirik, o torpaqlardan ən yeni standartlara uyğun evlər, binalar ucaldırıq. Budur bizim mədəniyyətlərimiz və dəyərlərimiz arasındakı fərq!

Qeyd edək ki, səfər çərçivəsində Ağalıda yaşayan şagird, müəllimlərlə bərabər Bakıdan bizlə bərabər Zəngilana gəlmiş alimlərimiz birlikdə meyvə ağaclarından ibarət “Məktəbli bağı” saldıq. Bu bağın qulluğunu həmin məktəblilər edəcəklər. Proqrama uyğun olaraq tərəfimizdən əlavə tədbirlər də təşkil olunmuşdu. Həmin tədbirlərlə bağlı ictimaiyyətə geniş şəkildə məlumat veriləcəkdir.

News image 1 News image 2 News image 3