12.11.2022-ci il tarixində “Law School”un təşkilatçılığı, AOPE İB və GUYS İB-nin tərəfdaşlığı ilə vəkil Babək Həmidovun təqdimatında "Məhkəmədə Vəkillik Bacarıqları" mövzusunda praktiki təlim keçirilmişdir! Təlim prosesində təlimçi Babək Həmidov real keyslər əsasında öz təcrübələrini gənclərlə bölüşmüş, maraqlı diskussiyalar aparılmışdır. Təlimdə AOPE-nin üzvləri də iştirak etmiş, orqanik məhsul istehsalı zamanı qarşılaşdıqları hüquqi proseslərlə bağlı öz suallarını vermişlər. Təlim AOPE-nin ofisində baş tutub. Yekunda aktivlik göstərən təlim iştirakçıları sertifiktla təltif olunmuşdur.

