Emin Əliyev Gənclərin İnkişafı və Karyera Mərkəzinin Kürdəmir nümayəndəliyinin dəvəti ilə Kürdəmir gəncləri ilə görüş keçirib.

Emin Əliyev Gənclərin İnkişafı və Karyera Mərkəzinin Kürdəmir nümayəndəliyinin dəvəti ilə Kürdəmir gəncləri ilə görüş keçirib.

November 28, 2022

25 noyabrda İctimai Birliyimizin İdarə Heyətinin sədri Emin Əliyev Gənclərin İnkişafı və Karyera Mərkəzinin Kürdəmir nümayəndəliyinin dəvəti ilə Kürdəmir gəncləri ilə görüş keçirib. Mövzusu "Sahibkarlıq mühitinin inkişafında gənclərin rolu" olan görüş gənclər tərəfindən olduqca maraqla qarşılanıb. 150-dən çox gəncin iştirakı ilə keçirilən görüşdə müşahidələr göstərdi ki, regionlarda bu istiqamətdə görüşlərin intensiv şəkildə təşkili vacibdir. Görüşün sonunda xüsusi fəallıq nümayiş etdirən 7 gənc Emin Əliyev tərəfindən sertifikatla mükafatlandırıldı. Dəvət üçün Gənclərin İnkişafı və Karyera Mərkəzinin Kürdəmir nümayəndəliyinə, göstərilən dəstək üçün isə Kürdəmir rayon icra hakimiyyətinin başçısı Elxan İbrahimova təşəkkür edirik! Qeyd edək ki, bu kimi görüşlər bütün ölkə üzrə davamlı şəkildə təşkil olunacaq.

News image 1 News image 2 News image 3