Ekoloji Təmiz Məhsul İstehsalçıları və İxracatçıları İctimai Birliyinin İctimaiyyətlə Əlaqələr Departamentinin müdiri Mübariz Quliyev Azərbaycanda keçirilən beynəlxalq təlimlərdə iştirak edib və uğurlu iştirakına görə beynəlxalq sertifikatla təltif olunub. Beynəlxalq Ticarət Mərkəzi, Avropa İttifaqı və AzPromo-nun təşkilatçılığı ilə keçirilən təlimlər 5 gün (30 saat) davam edib. Təlimlər zamanı Şərq Tərəfdaşlığı Ticarətə dəstək platforması, onun istifadə qaydaları və yaratdığı imkanlar geniş şəkildə iştirakçılara öyrədilib.
