Dövlət Xidmətində biznes assosiasiyalarının nümayəndələri ilə görüş keçirilib

Dövlət Xidmətində biznes assosiasiyalarının nümayəndələri ilə görüş keçirilib

December 09, 2022

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi ilə biznes assosiasiyalarının nümayəndələri arasında görüş keçirilib. Görüşdə Ekoloji Təmiz Məhsul İstehsalçıları və İxracatçıları İctimai Birliyinin İctimaiyyətlə Əlaqələr Departamentinin müdiri Mübariz Quliyev iştirak edib. Görüş zamanı Mübariz Quluyev AOPE-nin bugünə kimi olan fəaliyyəti, gələcək planlar və qarşıda duran problemləri dövlət rəsmilərinin və digər assosiasiya nümayəndələrinin diqqətinə çatdırıb. Qeyd edək ki, görüşdə keyfiyyətin idarəedilməsi, texniki tənzimləmə, standartlaşdıma, metrologiya və uyğunluğun qiymətləndirilməsi sahəsində Dövlət Xidmətinin, eləcə də Azərbaycan Standartlaşdırma İnstitutu, Azərbaycan Metrologiya İnstitutu və Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən görülən işlər barədə məlumat verilib.

News image 1