AOPE-nin tərəfdaşlığı ilə növbəti layihə uğurla icra edildi 29 dekabr tarixində, Bakı Gənclər Mərkəzində, "Dəstəkçi" - Sosial Sahibkarlıq Platformasının təşkilatçılığı ilə ölkədə ilk dəfə "1-ci Korporativ Sosial Satınalmalar Sərgisi" baş tutub. Ölkəmizdə ilk dəfə baş tutan bu sərgidə qida, tekstil, təhsil - şəxsi inkişaf, kosmetika, dekorasiya, dizayn, məşğulluq, sosial həssas qrupların reabilitasiyası və digər sahələri əhatə edən, 30-a yaxın sosial sahibkarlıq müəssisələri, eko, organik və etik məhsul və xidmətlər təklif edən mikro və kiçik sahibkarlıq subyektinin və 20-dən çox top korporativ şirkət, təşkilat, səfirliyin nümayəndələri iştirak edib. Sərgidə AOPE-nin İctimaiyyətlə Əlaqələr Departamentinin müdiri Mübariz Quliyev çıxış edərək birliyin fəaliyyəti, göstərdiyi xidmətlər və gələcək fəaliyyətlərlə bağlı fikirləri iştirakçıların diqqətinə çatdırıb və onların hərbirini əməkdaşlığa dəvət edib.




