20 aprel 2022-ci il tarixində, #Suraxanı Rayon İcra Hakimiyyəti, Suraxanı Rayon Gənclər və İdman İdarəsi və Suraxanı Gənclər Evinin birgə təşkilatçılığı ilə "Biz Narkotiksiz Həyatı Seçirik!" adlı tədbir keçirilmişdir.
20 aprel 2022-ci il tarixində, #Suraxanı Rayon İcra Hakimiyyəti, Suraxanı Rayon Gənclər və İdman İdarəsi və Suraxanı Gənclər Evinin birgə təşkilatçılığı ilə "Biz Narkotiksiz Həyatı Seçirik!" adlı tədbir keçirilmişdir. Tədbirdə "Ekoloji Təmiz Məhsul İstehsalçıları və İxracatçıları" İctimai Birliyinin sədri Emin Əliyev qonaq qismində iştirak etmişdir. Emin Əliyev çıxışı zamanı narkotiklə mübarizənin həm dövlət üçün həm də cəmiyyət üçün prioritet məsələ olduğunu vurğulamış və bu istiqamətdə qarşılaşdığı hadisələri iştirakçıların diqqətinə çatdırmışdır. Qeyd edək ki, tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Sevinc Ağayeva, SRİH-nin Şəhid ailələri və qazilərlə iş şöbəsinin müdiri Elmar Hüseynov, Suraxanı Rayon Gənclər və İdman İdarəsinin rəisi Amil Bağırov, "Suraxanı Gənclər Evi" Sosial Xidmət Müəssisəsinin direktoru Natavan Rüstəmova, Psixiatr-narkoloq, yazıçı Asif Kəngərli, “Narkotizmlə Mübarizə” İctimai Birliyinin icraçı direktoru Kənan Qubadzadə, Olimpiya və Paralimpiya klubun rəhbəri, əməkdar məşqçi Emil Şaxtaxtinskiy və Suraxanı rayon məktəbli gənclər iştirak etmişdir.

