1-ci Korporativ Sosial Satınalmalar Sərgisi keçiriləcək

1-ci Korporativ Sosial Satınalmalar Sərgisi keçiriləcək

December 14, 2022

Dəyərli izləyicilər, bu gün Sizlərə tərəfdaşı olduğumuz "1-ci Korporativ Sosial Satınalmalar Sərgisi"-in təqdim edirik. Əziz sosial sahibkarlar, eko, organik və etik məhsul və xidmətlər təklif edən mikro, kiçik və orta sahibkarlıq subyektləri, yeni il qabağı, yeni zaman və məkanda Sizlərin görüşünüzə çox maraqlı bir sərgi ilə gəlirik Bu öz məhsul və xidmətlərini ölkənin qabaqcıl və öndə gedən şirkətlərinə təqdim etməyə hazır olan, artıq B2B/Korporativ satışlara açığam deyən, yeni ildə yeni fürsətləri və yeni əməkdaşlıqlara başlamağa səbirsizliklə gözləyənlərin bir araya gəldiyi "1-ci Korporativ Sosial Satınalmalar Sərgisi"-dir. "1-ci Korporativ Sosial Satınalmalar Sərgisi" - 29 dekabr tarixi, Bakı Gənclər Mərkəzində baş tutacaq. Qeyd edək ki, sərgi "Dəstəkçi" -Sosial Sahibkarlıq Platformasının təşkilatçılığı, "Ekoloji Təmiz Məhsul İstehsalçıları və İxracatçıları" İctimai Birliyi və digər təsisatların tərəfdaşlığı ilə həyata keçirilir. Daha ətraflı məlumat əldə etmək və qeydiyyatdan keçmək üçün aşağı forma keçid edə bilərsiniz https://forms.gle/E8PUYFEzKnBz5ay86

News image 1