Dünya miqyasında ekoloji təmiz kənd təsərrüfatı hərəkatı
güclənir və prosesdən kənarda qalmaq mümkün olmayacaq. Bu gün Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu ilə “Ekoloji Təmiz Məhsul İstehsalçıları və İxracatçıları İctimai Birliyi” arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalandı. Bu əməkdaşlıqda nəzərdə tutulub:
— tərəflər arasında ərzaq məhsullarının keyfiyyət və təhlükəsizlik standartlarına cavab verməsinə şarait yaratmaq məqsədilə beynalxalq standartlar üzrə bilik mübadiləsinin aparılması;
— beynəlxalq tələblərə cavab verən ekoloji təmiz məhsul yetişdirilməsi üçün tədbirlər planı hazırlamaq;
— ekoloji təmiz kənd təsərrüfatı məhsullarının rəqabət qabiliyyətliliyinin artırılması, ixrac potensialı, eləcədə coğrafiyasının genişləndirilməsi istiqamətində birgə işlərin yerinə yetirilməsi;
— birgə əməkdaşlıq sayəsində ekoloji təmiz məhsulların milli brendlərinin yaradılması;
— fermerlərdə innovativ qabiliyyətlərin, bilik və bacarıqlarının artırılması;
— ölkənin ixrac potensialının gücləndirilməsi məqsədi ilə dünya bazarının tələblərinə uyğun ekoloji təmiz toxum yetişdirmək istiqamətində əməkdaşlıq strategiyası;
— birlikdə xüsusi təlimlərin təşkili, elmi kadrların ixtisasının artırılması üçün birgə proqramların təşkili;
— xaricdə və ölkə daxilində ekoloji təmiz kənd təsərrüfatı və aqrobiznesə dair təlim və seminarlarda iştirak etmək məqsədi ilə qarşılıqlı məlumatlandırma işinin təmin edilməsi.

Aope.az