Ekoloji Təmiz Məhsul İstehsalçıları və İxracatçıları Assosiasiyası (AOPE-Association Organic Producers and Exporters) 21 iyun 2019-cu il tarixdə Agro PM Group Şirkəti(Elçin Əkbərov və Ramil Əzməmmədov) və Emin Əliyev tərəfindən təsis edilmişdir. AOPE 02 avqust 2019-cu il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən müvafiq qeydiyyata alınmışdır.

AOPE-nin əsas məqsədi Azərbaycanda ekoloji təmiz məhsulların yetişdirilməsi, emalı, istehsalının inkişafına və ixracına dəstək verməkdir.

Bunun üçün AOPE aşağıdakı vəzifələri həyata keçiri:

  • ekoloji təmiz məhsul istehsalını artırmaq məqsədi ilə ekoloji təmiz məhsul istehsalı sahəsində qabaqcıl ölkələrin nailiyyətlərini öyrənmək və Ölkəmizdə bunu təşviq etmək üçün tədbirlər həyata keçirmək;
  • ekoloji təmiz əkin sahələrinin salınması üçün sahibkarlar arasında elmi, texniki, aqrotexniki, suvarma, gübrə və ziyanvericilərə qarşı dərman vasitələrindən səmərəli, təhlükəsiz istifadə və digər işlərin həyata keçirilməsi sahəsində əməkdaşlıq etmək və təbliğat işi aparmaq;
  • ölkədəki kənd təsərrüfatı kompleksinin digər sahələri ilə sıx əməkdaşlıq əlaqələri qurmaq, yeni ekoloji təmiz məhsul növlərinin istehsal və emal edilməsi, daha məhsuldar və zəngin tərkibə malik ekoloji təmiz məhsul növlərinin geniş yayılmasını təmin etmək məqsədi ilə elmi tədqiqat strukturları ilə əməkdaşlıq etmək;
  • ekoloji təmiz məhsul istehsalı üçün ölkənin iqlim baxımından daha uyğun regionlarını müəyyənləşdirmək və bu bölgələrə xas məhsul yetişdirilməsini təşviq edilməsi üçün layihələr həyata keçirmək;
  • ekoloji təmiz məhsulun yığımı, tədarükü, emalı, isthesalı dövründə ən optimal təcrübədən istifadə etməklə məhsulun keyfiyyətini yüksək səviyyədə saxlamaq;
  • ixrac sahəsində qabaqcıl ölkələrin təcrübəsindən istifadə etməklə hazır məhsulun dünya bazarlarına “Made in Azerbaijan” brendi kimi çıxarılması ilə bağlı layihələr icra etmək, bu sahədə xarici ölkələrin kənd təsərrüfatı məhsullarının istehsalçıları və ticarət şəbəkələri ilə keyfiyyətli işgüzar əlaqələr yaratmaq və qazanılmış beynəlxalq təcrübəni, bilikləri ən qısa müddətdə istehsalçılara və ixracatçılara çatdırmaq;
  • istehsal, emal, ixrac sahələrində mövcud problemlərin AOPE üzvlərinin iştirakı ilə kompleks şəkildə həllinə çalışmaq, mövcud problemlərin həlli ilə bağlı dövlət orqanlarına müraciət etmək.

AOPE-nin sədri Emin Əliyevdir.