Sağlam qidalanma qadağalardan yox, seçimlərdən ibarətdir- dietoloqdan müsahibə

Sağlam qidalanma qadağalardan yox, seçimlərdən ibarətdir- dietoloqdan müsahibə

March 20, 2023

Bu gün Novruz bayramıdır. Bayrama ən ciddi hazırlıq isə mətbəxdə gedir, müxtəlif şirniyyatlar hazırlanır, şəkərbura, paxlava, qoğal bişirilir. Bundan başqa, bayram süfrəsinin meyvələri, qoz-fındığı ilə yanaşı, plov, dolma kimi ana yeməkləri, salatları da olur. Hətta “süfrəm bol olsun ki, bütün ilim bol keçsin” deyənlər müxtəlif növ qidaları da əlavə edirlər. Süfrəyə oturan insanlar isə bütün bunları eyni vaxtda dadmağa çalışır. Qazlı sular, salatlarla bərabər qəbul olunan plov və dolma, üzərindən şəkərbura və paxlavalı çay, meyvə, ardından çərəzlər… Yəqin ki, bu qısa təsvirdə hər kəs öz bayram təcrübəsini görə bildi. Lakin bu ənənəmiz sağlamlığımıza necə təsir edir? Bu qədər yüksək kalorili yemək və şirniyyatın qəbulu ilə özümüzə hansı pisliyi etmiş oluruq?

AOPE TELEJURNAL-a istinadən xəbər verir ki, bunu Qidalanma mütəxəssisi, kliniki dietoloq, nutrisioloq Leyla Qədirovadan öz müsahibəsində bildirib. 1) Bayram günlərində insanlar süfrədə yer alan hər bir qidanı dadmaq istəyir. Necə edə bilərik ki, bu orqanizmdə problem yaratmasın? Bayram günlərində insanlar süfrədə yer alan hər bir qidanın dadına baxmaq istəyirlər. Bu isə çox zaman orqanizmdə narahatlıqların yaranmasına səbəb olur. Belə ki, sağlam qidalanma qadağalardan yox, seçimlərdən ibarətdir. Miqdarına diqqət edərək bütün şirniyyat və bayrama özəl hazırladığınız süfrədəki hər təamdan qəbul edə bilərsiniz. Yalnız miqdara və zamana diqqət edin, əks halda şiddətli mədə-bağırsaq problemi, eləcə də artıq qəbul edilmiş qidaların sonradan səbəb olduğu fəsadlarla üzləşmiş olacaqsınız. Təbii ki bunu da heç birimiz istəmərik. Bayram günü gec saatlara qədər atışdırmalara yer verməyin və gec saatlarda deyil, erkən saatlarda süfərə arxasına toplaşıb, miqdara diqqət edərək bayramınızı ən gözəl şəkildə keçirə bilərsiniz. 2) Bayram süfrəsində hansı qidaların istifadəsi orqanizm də narahatlıq yarada bilər? Bayram süfrəsində yer alan qazlı içkilər əasasən insanda şişkinlik və doymama hissini yaratdığı üçün orqanizm də narahatlığa səbəb olur. Salatların tərkiblərinin müxtəlif olması, günlər öncədən hazırlandıqda tərkiblərində problemlərin yarana bilməsi, moyonez və digər sousların əlavəsi zamanı qidanın tərkibinin dəyişməsi də orqanizmdə narahatlıq yarada bilər.Yağlı qidaların qəbulu da orqanizm üçün çox ziyandır. 3)Bayram süfrəsini sağlam qidalar iıə necə hazırlaya bilərik? Bunun üçün xüsusi hazırlıq tələb olunur. Sağlam qidalanan şəxs öz orqanizminə uyğun süfrə hazırlaya bilir. Qazlı içkilərin yerinə adi su, yağlı qidaların yerinə buxarda bişirilmiş yeməklər və şirniyyatların yerinə isə çərəzlərdən(qoz,fındıq və s.) istifadə oluna bilər. Təbii ki, bu zövqə və ağız dadına uyğun nizamlana bilər.

4) Bayram günləri şirniyyatdan daha çox istifadə olunur. Necə edə bilərik ki,şirniyyatların istifadəsi zamanı orqanizm yüklənməsin? Novruz bayramı yalnız şəkərbura paxlava kimi şirniyyatlarla deyil, özündə birləşdirdiyi dəyərlərlə gözəldir. Ancaq təbii ki, bu bayrama məxsus şirniyyatları da elə bu ərəfədə yemək daha xoş hisslər bağışlayır. Lakin şəkərli dieabet və ya şəkər yediyi zaman orqanizmində narahatlıq yarana bilıcək insanlar da var. Bu səbəblə ifrat dərəcə də şirniyyat qəbulu yol verilməzdir. Minimum səviyyədə qəbul etmək daha məqsədə uyğun olar. 5) Bayramdan sonra normal qidalanmamıza necə dönə bilərik? Əgər bayram ərəfəsində pəhrizdə olan və ya olmayan hərkəs, miqdara diqqət edərək hərşeydən yeyibsə, sonradan normal qidalanmağa dönməkdə də heçbir çətinlik yaşamayacaq. Bunu nəzərə alın və hər gününüzü özünüzə dəyər verərək, gözəlliyinizə gözəllik qatan qidalardan faydalanaraq keçirin. İfrat qidalanmadan çəkinin və qədərində qidalanmaya üstünlük verin. 6) Sonda oxucularımıza hansı məsləhətləri verə bilərsiniz? Mən müsahibə üçün təşəkkürlərimi bildirirəm. Və fürsətdən istifadə edib bütün Azərbaycan xalqını Novruz bayramı münasibəti ilə təbrik edirəm. Novruz daxil, bütün bayramlar yalnız çeşid-çeşid yemək süfrələri ilə deyil, əzizlərimizi bir araya toplamağı ilə ruhumuzu qidalandırır sadəcə bunun fərqində olub, doğmalarımızla daha çox xoş zaman keçirərərk ruhumuzu da qidalandırmağı unutmayaq. Bayramınız mübarək! Vəliyeva Mehin