Fəaliyyətimizin genişləndirilməsi və Birliyimizin innovativ fəaliyyət dövrünə keçid etməsi ilə əlaqədar olaraq, "perspektivli gənclərin Birliyə cəlb edilməsi" proqramına əsasən "Gənclərlə işin təşkili" mövzusunda interaktiv təlim keçirilib. Təlim ödənişsiz şəkildə Ekoloji Təmiz Məhsul İstehsalçıları və İxracatçıları İctimai Birliyi və GUYS İctimai Birliyinin təşkilatçılığı ilə keçirilmiş və 40 nəfərdən çox gənc iştirak etmişdir. Qeyd edək ki, Birliyimiz tərəfindən digər mövzuları əhatə edən təlimlər həftə sonları davamlı şəkildə təşkil olunur.



