Aqrar məsləhət xidmətləri üzrə milli forum keçirilib.

Aqrar məsləhət xidmətləri üzrə milli forum keçirilib.

February 10, 2023

Forumda Ekoloji Təmiz Məhsul İstehsalçıları və İxracatçıları İctimai Birliyinin İctimaiyyətlə Əlaqələr Departamentinin müdiri Mübariz Quliyev panel üzrə çıxış edib. Mübariz Quliyev çıxışı zamanı ölkəmizdə ekoloji təmiz məhsul, orqanik qida istehsalının perspektivlərindən, bu istiqamətdə mövcud vəziyyətdən və qarşıda duran problemlərdən söz açıb.

“Aqrar Məsləhət Xidmətlərinin Gücləndirilməsi” layihəsi çərçivəsində keçirilən forumun əsas məqsədi Azərbaycanda aqrar məsləhət xidməti sistemi üçün təcrübələri, yanaşmaları paylaşmaq və ümumi prioritetləri müəyyən etməkdir.

Layihə çərçivəsində Azərbaycanda aqrar məsləhət xidmətlərinin gücləndirilməsi, dövlət siyasətinə dəstək, beşillik strategiya, seçilmiş pilot Quba-Xaçmaz və Gəncə-Qazax regionları üzrə üçillik proqramlar, hüquqi bazanın yaradılması, regionların aqrar xəritələşməsi və digər sahələr üzrə fəaliyyətlər həyata keçirilib. Bununla yanaşı, əmtəə əsaslı məsləhət platformaları təşkil olunub.

Layihə çərçivəsində Aqrar Təlim Mərkəzinin və Regional Təlim mərkəzlərinin əməkdaşlarına təlimlər keçirilib, fermerlərə məsləhət xidmətləri göstərilib və müasir avadanlıq, suvarma sistemləri ilə təmin olunub.

Forum FAO-nun təşkilati dəstəyi və Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən “Aqrar Məsləhət Xidmətlərinin Gücləndirilməsi” layihəsinin yekununa həsr olunub.

News image 1 News image 2 News image 3 News image 4