Emin Fazil oğlu Əliyev 18.06.1981-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1988-1998-ci illərdə Bakı şəhəri Nəsimi rayonu, İlqar Əbilhəsənov adına 42 saylı orta məktəbdə, 1998-2002-ci illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsinin bakalavr, 2002-2004-cü illərdə isə magistraturasını fərqlənmə diplomu ilə bitirmişdir. 2004-2007-ci illər ərzində Azərbaycan Milli Elmlər Akademiyası A.A.Bakıxanov adına Tarix İnstitutunun əyani aspirantı olmuşdur. 2012-ci ildə Birləşmiş Ərəb Əmirliyində insan resurslarının idarə edilməsi, 2013 və 2018-ci illərdə Almaniya Federativ Respublikasında ümumi idarəetmə və aqrar layihələrin idarə edilməsi, 2017-ci ildə İsrail Dövlətində innovativ aqrar layihələrin idarə edilməsi, 2018-ci ildə Yaponiyada kiçik və orta biznesin idarə ediləsi sahələrində təhsil almışdır.
2004-2006 və 2012-2014-cü illərdə Bakı Dövlət Universiteti Tarix fakültəsinin, 2015-2017-ci illərdə Azərbaycan Turizm və Menecment Universitetinin Menecment kafedrasının müəllimi olmuşdur. 80-dən çox məqalənin və bir kitabın müəllifidir.
2006-2016-cı illər ərzində müxtəlif dövlət, özəl və ictimai təşkilatlarda müxtəlif rəhbər vəzifələrdə çalışmışdır.
2016-cı ildən sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Hal-hazırda beynəlxalq və yerli biznes layihələrin idarə edilməsi sahəsində fəaliyyət göstərir.
2019-cu ilin 21 iyun tarixindən İctimai Birliyin ilk sədridir. 2021-ci ilin 18 iyununda ikinci dəfə İctimai Birliyi İdarə heyətinin sədri seçilmişdir.
İngilis və rus dillərini sərbəst bilir.
Ailəlidir, altı övladı var.

Emin Əliyev 0552113931

e.aliyev@aope.az