31
oktyabr tarixində İqtisadiyyat Nazirliyinin Bakı Biznes
Mərkəzində Azərbaycanda
İxracın və İnvestisiyaların Təşviqi Fondu – AZPROMOnun
dəstəyi ilə Ekoloji Təmiz Məhsul İstehsalçıları və
İxracatçıları İctimai Birliyinin-AOPE(Assosiation of Organic
Producers and Exporters) media tanıtım tədbiri keçirilmişdir.
Tədbirdə ekoloji təmiz-orqanik kənd təsərrüfatı sahəsində
fəaliyyət göstərən bir çox qurum, təşkilat və sahibkarlar
iştirak etmişdirlər. Qonaqları açılış nitqi ilə salamlayan
AZPROMO-nun İxracın Təşviqi Departamentinin direktoru Fuad
Cəfərov ictimai birliyin yaranma tarixi və əhəmiyyətinə
toxunub.
Daha
sonra sədr Emin Əliyev ictimai birliyin fəaliyyəti, qarşıda
duran öhdəliklər, bu sahədə fəaliyyət göstərən kiçik və
orta sahibkarlığa dəstəyin istiqamətləri barəsində çıxış
edib. Sədr qeyd edib ki, ictimai birliyin məqsədi bu sahədə
fəaliyyətin səmərəliliyini artırmaq, mövcud qurum və
təşkilatlara informasiya dəstəyi verməkdir. “Beynəlxalq və
yerli bazarlarda istehsalçılara dəstək vermək, onların
qarşılaşdıqları problemləri hökumət səviyyəsində həll
etməyə çalışmaq, istehsalçıların beynəlxalq tədbir və
sərgilərdə iştirakını təmin etmək və digər bu kimi
tədbirlər ictimai birliyin qarşısında duran prioritet
məsələlərindəndir. Ölkəmizdə bu sahə daha çox “kənd
məhsulları” adı ilə tanınsa da, beynəlxalq təcrübə bu
yanaşmanı qəbul etmir. Ölkəmizdə istehsal edilən məhsulların
dünya bazarlarında tanıdılması üçün orqanik sertifikatların
alınması əsas şərtdir. Digər bir məsələ isə keçid
mərhələsində olan şirkətlərə dəstək verilməsi məsələsidir”
deyə sədr sözlərinə əlavə edib. Emin Əliyev onu da qeyd etdi
ki, ictimai birlik hazırda orqanik sertifikat əldə etmiş
şirkətlər və orqanik məhsul istehsalı potensialı olan
şirkətlərlə əməkdaşlıq etməyi hədəfləyir. Sədr daha
sonra ictimai birliyin digər maraqlı layihələri olan “Orqanik
kənd” və “Organic kids”- yeniyetmə və uşaqların
orqanik istehsal sahəsində maarifləndirilməsi və bu kimi
layihələrdə iştirakının təmin edilməsi layihələrinə diqqət
çəkmişdir.
Daha
sonra Azərbaycan
Sahibkarlar Konfederasiyasının
Baş katibinin müavini Fuad Hümbətov çıxış edərək AOPE-nin
gələcək perspektivini yüksək qiymətləndirib, uğurlar
arzuladı.
Tədbirin
gedişində Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov
bu sahədə görüləcək işlərin əhəmiyyətinə və bəzi
çatışmazlıqlara diqqət çəkdi.
Gəncə
Aqrobiznes Assosiasiyasının idarə heyətinin (GABA) sədri Vugar
Babayev çıxışında
ölkəmizdə bu sahənin qısa tarixinə və ekoloji və
təmiz-orqanik kənd təsərrüfatı sahəsindəki perspektivlərə
toxunub. Tədbir zamanı Azərbaycan
Arıçılar Assosiasiyasının
sədri Bədrəddin Həsrətov, Azərbaycan
Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları
Assosiasiyasının
sədr müavini Jalə Əmirbəyova, “Natural Handmade Soap”
şirkətinin sahibi Sevda Qasımova, Saf
Qida şirkətinin
rəhbəri Nuridə Abdurrahmanova, Crispa şirkətinin
direktoru Nahid Cabbarov və digər qonaqlar dəyərli fikirlər
səsləndirdilər.
aope.az