São Lourenço da Mata signs you are diabetic Pilot orqanik məhsul istehsalı təsərrüfatı yaradılacaq

BakuCity.az Ekoloji Təmiz Məhsul İstehsalçıları və İxracatçıları İctimai Birliyinin (AOPE) təsisçisi və sədri Emin Əliyevin müsahibəsini təqdim edir

winning online casino — Emin müəllim, Ekoloji Təmiz Məhsul İstehsalçıları və İxracatçıları İctimai Birliyinin (AOPE) təsis edilməsi hansı zərurətdən yarandı?

— AOPE bu ilin 21 iyun tarixində təsis edilmişdir və 02 avqust tarixində dövlət qeydiyyatına alınmışdır. AOPE-nin təsis konfransında iştirak edənlərin böyük əksəriyyəti bu cür birliyin hələ çox-çox əvvəl yaradılmalı olduğunu bildirdilər. Bildiyiniz kimi 2015-ci ildən sonra ölkəmizin iqtisadi sistemi yeni bir inkişaf mərhələsinə qədəm qoydu. Artıq qeyri-neft sektoruna yanaşma tamamilə dəyişdi və yeni inkişaf meyilləri yarandı. 2016-cı ilin 6 dekabr tarixində imzalanmış fərmanda Milli iqtisadiyyatımızın strateji yol xəritələri  təsdiq edildi. Bu sənəddən aydın şəkildə görünürdü ki, iqtisadiyyatımız çoxşaxəli inkişaf perspektivlərinə malikdir və bu sahələrdən biri də ekoloji təmiz məhsul istehsalı və ixracatının stimullaşdırılmasıdır.

Bu məqamda bunu xüsusilə vurğulamaq istərdim ki, İqtisadiyyat Nazirliyinin bu sahədə bizlərə dəstəyi əvəzedilməz olmuşdur. Məhz onların dəstəyi ilə biz AOPE-ni təsis etdik. O ki qaldı yaranma zərurəti məsələlərinə, bildiyiniz kimi ölkəmiz zəngin iqlim şəraitinə sahibdir. Hətta bəzi hallarda Afrikanın endemik bitkilərini belə ölkəmizdə yetişdirmək olur və bunun kifayət qədər nümunələri vardır. Bununla yanaşı ölkəmiz ənənəvi kənd təsərrüfatı ölkəsi sayıldığından məhsulların becərilməsi qaydalarında təbiilik qorunub saxlanmışdır. Eyni zamanda vətəndaşlarımız da təbii məhsulların istehlakına meyillidir.

Son zamanlar dünyada orqanik qidalara olan meyil, yeni trendlər bu sahəyə marağı artırmışdır. Biz isə 8 il öncə həyatımızın axarını təbii qidalanmaya yönləndirmişik və ətrafımızda olan insanları da bu yaşayış tərzinə yönəltmişik. Orqanik məhsullara qida kimi deyil, artıq bir həyat tərzi kimi baxmışıq. Bölgələrimizi qarış-qarış gəzmişik, bu sahədə xeyli araşdırmalar etmişik. Nəticədə ölkəmizin orqanik məhsul istehsalı və ixracı potensialına tam əmin olmuşuq. Bu ilin yay aylarında da qərar verdik ki, artıq bir ictimai birlik kimi fəaliyyət göstərməyə başlayaq və bu sahənin dinamik inkişafının təmin edilməsi üçün addımlar ataq. Təsis edilməyimizdən qısa vaxt keçməsinə baxmayaraq artıq bir neçə böyük layihə edə bilmişik və ölkəmizin ən fəal ictimai birliklərindən biriyik. 

zynga poker texas holdem online — Orqanik qida dediyimiz zaman nəyi başa düşməliyik? Kənd məhsulu ilə orqanik məhsul arasında fərq varmı və AOPE milli orqanik brendlərin yaradılmasında hər hansısa bir layihə nəzərdə tuturmu?

— Orqanik məhsulun sadə bir tərifi vardır: sintetik kimyəvi gübrələr, pestisidlər, artım requlyatorları və yem qatqılarının istifadəsinə tam olaraq və ya əhəmiyyətli dərəcədə yol verilməyən istehsal sistemi ekoloji təmiz kənd təsərrüfatı adlanır. Orqanik məhsul adını almaq üçün əsas şərt bu məhsulun orqanik sertifikatının olmasıdır. Ölkəmizdə orqanik sertifikatlı məhsullar vardır və bu məhsullar ixrac edilir. O ki qaldı təbii kənd məhsullarına, AOPE buna cəhd edir ki, təbii kənd məhsulu istehsal edən fermer bu biznesini genişləndirərək öz məhsulunu markalaşdırsın, brendləşdirsin və ixrac etsin. Daha çox gəlir qazansın. Onu da deyim ki, hal-hazırda təbii kənd məhsulu adlanan məhsulların çox böyük əksəriyyəti orqanik hesab edilə bilməz. Amma mən əminəm ki, bu məhsullar orqanik standartlara çox yaxın bir şəraitdə yetişdirilir və fermer bir qədər zəhmət çəkməklə bu məhsulu sertifikatlaşdırıb həm daxili, həm də xarici bazarlara orqanik sertifikatlarla çıxarda bilər. AOPE bu il fermerlərin bu sahədə olan məlumatsızlığını aradan qaldırmaq məqsədilə bir neçə maarifləndirmə layihəsi etmişdir. Gələn ildən etibarən isə bu cür maarifləndirici tədbirlərin sayının artırılması və daha çox fermeri əhatə etməsin planlaşdırırıq.

AOPE ictimai birlikdir, qeyri-kommersiya təşkilatıdır. Hər hansı bir qazanc nəzərdə tutulan fəaliyyətlə məşğul olması qanunla qadağandır. Biz əsasən maarifləndirici, təşviqedici funksiya daşıyırıq. Biz milli brendlərin, markaların yaradılmasını təşviq edirik. Bu marka və brendlər “Made in Azerbaijan” adı ilə dünya bazarlarına çıxarıla və ölkəmizə valyuta cəlb edilə bilər. Bu məqsədlə ölkəmizdə fəaliyyət göstərən bir neçə ictimai birlik, assosiasiya, dövlət təşkilatları, kommersiya subyektləri, beynəlxalq təşkilatlarla əməkdaşlıq edirik. 18 dekabr tarixində AOPE-nin təşkilatçılığı ilə “Ölkəmizin orqanik məhsul istehsalı və ixracatı potensialı” mövzusunda konfrans keçirildi. Konfransın gedişində Azərbaycan Arıçılar Assosiasiyası, Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyası, Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyası, İstehlakçıların hüquqlarının müdafiəsi İctimai Birliyi ilə beştərəfli əməkdaşlıq memorandumu imzaladıq.

Eyni zamanda ölkəmizdə orqanik sahədə milli kadrların hazırlanması istiqamətində əməkdaşlıq məqsədilə Azərbaycan Dövlət Aqrar Universiteti ilə memorandum imzaladıq və növbəti ildən bu istiqamətdə layihələrin icrasına başlayacağıq. Əsas məqsədimiz bir neçə il öncə açılmış, lakin sonradan ləğv edilmiş Ekoloji təmiz kənd təsərrüfatı kafedrasının yenidən açılmasını və bu sahədə mütəxəssislərin yetişdirilməsini təmin etməkdir. Bundan başqa, praktiki layihələr icra etmək məqsədilə Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu ilə sıx əməkdaşlıq edirik. AOPE üçün Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun ərazisində müəyyən bir sahə ayrılmışdır və biz 2020-ci ilin yazında İnstitut ilə birlikdə ekoloji təmiz məhsul istehsalı istiqamətində layihələrin icrasına başlayacağıq.

ivermectin 8000 — Bu yaxınlarda Şamaxı şəhərində Sakura bağının salınması layihəsini icra etdiniz. Bu layihənin əsas mahiyyəti nədən ibarətdir? 

— 2017-ci ilin fevral ayında İqtisadiyyat Nazirliyinin xətti ilə Yaponiyada işgüzar səfərdə oldum. Bu səfər çərçivəsində görüşdüyüm insanlarla, rəsmilərlə müzakirələrimiz Yaponiyanın milli sərvəti olan sakuranın Azərbaycana gətirilməsi, burada onun çoxaldılması, parklarımızda, yol kənarlarında gözəlliyi ilə seçilən bu ağacların əkilməsini təmin etmək idi. Ölkəmizə qayıtdıqdan sonra isə bir il yarım mənim Yaponiyada tanış olduğum şəxslərlə yazışmalarım oldu. Lakin heç bir nəticə əldə edə bilmədim. 2018-ci ilin yay aylarında Yaponiyadan olan bir qrup iş adamı mənimlə görüşmək istədiklərini bildirdilər və mən də məmnuniyyətlə razılıq verdim. Bu görüşdə mən bir daha bu ideyamı səsləndirdim. Bu görüşdən sonra mənim yaponlarla daha üç görüşüm oldu və biz ölkəmizdə sakura parkının salınması məsələsində tam razılaşdıq.

Sakura parkının hansı rayonda salınması məsələsi gündəliyə gələn zaman mənə bir neçə şəxs müraciət etdi ki, bu park məhz onların rayonunda salınsın. Mən isə Şamaxı rayonuna üstünlük verdiyimi dedim və rayonun rəhbərliyi ilə danışıqlar apardıqdan sonra qərar verdik ki, park məhz bu rayonda salınacaq. Bu ilin 24 dekabr tarixində, cənab Prezidentin ad günündə biz bu parkı saldıq. Bu park Ulu öndər Heydər Əliyevin “Hərəyə bir ağac əkək” çağırışına, eyni zamanda “Nəsimi ili” çərçivəsində 650 min ağacın əkilməsi layihəsinə bir töhfəmiz idi. Bu layihənin davamı olaraq biz Yaponiyada Azərbaycanın milli ağac sortlarındən ibarət bir park salacağıq. Bu parkda milli alma, armud, gilas sortları ilə yanaşı Zəngilan xan çinarının da əkilməsini təmin edəcəyik. Zəngilan xan çinarından ibarət Bəsitçay qoruğu dünyada analoqu olmayan bir qoruqdur. Ölkəmizin təbliği baxımından bu ağacların əkilməsini çox əhəmiyyətli hesab edirik.

AOPE-nin fəaliyyət sahələrindən biri də milli sortlarımızın qorunması, çoxaldılması, brendləşdirilməsi və dünya bazarlarına çıxarılmasının təbliğidir. Buna görə də biz bu istiqamətdə bir neçə layihələrin icra edilməsini planlaşdırırıq.

ignition poker voucher Yangcun — 2020-ci ilə hansı böyük layihələr nəzərdə tutulub? 

— Hazırda dörd layihə üzərində işlər tamamlanmaq üzrədir və növbəti ildə bu layihələri icra etməyə başlayacağıq. İlk layihəmiz fermerlərimizin maarifləndirilməsi layihəsidir ki, bunu mütəmadi olaraq davam etdirməyi planlaşdırırıq. Əsas məqsədimiz ənənəvi kənd təsərrüfatından orqanik kənd təsərrüfatına keçid dövrünün elementləri barədə fermerləri məlumatlandırmaqdır. Bəzi hallarda isə fermerlər məlumatsız olduqları halda orqanik məhsul istehsal edirlər, amma bunu markalaşdıraraq bazara çıxarmırlar. Bu isə maliyyə itkisidir.

Növbəti layihəmiz isə pilot orqanik məhsul istehsalı təsərrüfatının yaradılmasıdır. Biz bu layihəni Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu ilə bir yerdə edəcəyik və fermerlərə praktiki olaraq orqanik təsərrüfatla bağlı nümunə göstərəcəyik. Üçüncü layihəmiz isə hazırda ölkəmizdə ekoloji təmiz məhsul istehsal edən istehsalçıların datasının hazırlanması və əldə edilmiş məlumat bazasının üzərindən fermerlərlə, istehsalçılarla əməkdaşlıqların qurulmasını təmin etməkdir. Eyni zamanda orqanik istehsalçılar arasında məlumat mübadiləsinin həyata keçirilməsi məqsədilə onların mütəmadi görüşlərini də təşkil edəcəyik.

Miqyas və həcminə görə ən böyük layihəmiz isə ölkəmizin orqanik xəritəsinin yaradılmasıdır. Əslində təxminən 2 ildir biz çalışırıq ki, ölkəmizin bütün torpaq sahələrinin etüd xəritələri çıxarılsın. Bu xəritə hansı torpaq sahəsində hansı kateqoriyadan olan subyektlərin yaradılması, torpaqların təyinatına müvafiq işlənməsi və bu qəbildən olan məsələləri kökündən həll edir. Lakin bu xəritənin hazırlanması istiqamətində addımların atılmadığının şahidi oluruq. Biz öz növbəmizdə ölkəmizin orqanik istehsal potensialının böyük olduğunu hesab etdiyimizə görə bu xəritənin yaradılması və hansı bölgələrimizin orqanik istehsal üçün müvafiq olduğunu müəyyənləşdirməyi qarşımıza məqsəd qoymuşuq.

Ümid edirik ki, 2020-ci il 2019-cu ildə əldə etdiyimiz uğurların qat-qat artığı ilə xarakterizə ediləcəkdir və hər birimiz üçün uğurlu olacaqdır.

https://www.bakucity.az/news/2618636/azrbaycanin-orqanik-xritsi-hazirlanacaq-musahib
https://www.bakucity.az/news/2618636/azrbaycanin-orqanik-xritsi-hazirlanacaq-musahib

Leave a Comment

Ekoloji Təmiz Məhsul İstehsalçıları və İxracatçıları Assosiasiyası (AOPE-Association Organic Producers and Exporters) 21 iyun 2019-cu il tarixdə Agro PM Group Şirkəti(Elçin Əkbərov və Ramil Əzməmmədov) və Emin Əliyev tərəfindən təsis edilmişdir.

Əlaqə

Bakı şəhəri, Xətai rayonu, Üzeyir Hacıbəyov, 23

(+99412) 409 21  16

(+99450) 250 70 68

Abunəlik

E-poçt ünvanınızı daxil edərək son yeniliklərdən xəbərdar ola bilərsiniz.