24 dekabr 2019-cu il tarixində AOPE-nin təşəbbüsü ilə Şamaxı şəhərində min ağacdan ibarət «Sakura parkı» salındı. AOPE-nin sədri Emin Əliyev bildirib ki, əsası qoyulan «Sakura parkı Yaponiya-Azərbaycan dostluq əlaqələrinin inkişafında yeni körpü rolunu oynayacaq. Qeyd edək ki, Emin Əliyev 2017-ci ilin fevral ayından etibarən ölkəmizdə Sakura ağacının yetişdirilməsi və bu əsrarəngiz ağacdan ibarət parkın salınması layihəsi üzərində çalışmışdır. Həmçinin bu layihənin davamı olaraq Yaponiyada da ölkəmizin milli ağac sortlarından ibarət parkının salınması nəzərdə tutulmuşdur. Bu parkda xan çinar, milli alma, armud, gilas və digər sortların əkilməsi planlaşdırılır. Emin Əliyev bildirib ki, bu gün onun və rəhbərlik etdiyi ictimai birlik üçün tarixi gündür və bu cür layihələrin həyata keçirilməsi üçün bundan sonra da əllərindən gələni edəcəkdir. O eyni zamanda qeyd edib ki, bu layihə Ümummilli lider Heydər Əliyevin “hərəyə bir ağac əkək” çağırışına və “Heydər Əliyev” fondunun “Nəsimi ili” çərçivəsində 650 min ağacın əkilməsi layihəsinə töhfədir. 24 dekabr Ölkə başçısı cənab İlham Əliyevin ad günündə bu parkın salınması bizim üçün əlamətdardır və ümid edirik ki, bu park cənab Prezident üçün bir hədiyyə olacaqdır.

Layihənin icra olunmasına verdiyi dəstəyə görə, Şamaxı şəhəri İcra Hakimiyyətinin Başçısı cənab Tahir Məmmədova, Yaponiyadan ölkəmizə təşrif buyuran layihə rəhbəri Yumi Azuma, Yaponiyanın Koçi şəhərinin sabiq meri Takuya Hamaquçi və şirkət rəhbərləri Masaki Kamatsu, Hiromişi Katayamaya, habelə “KTK” MMC-nin direktoru Kəmalə Novruzəliyevaya AOPE rəhbərliyi adından dərin təşəkkürümüzü bildiririk.

Leave a Comment